!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kimlər siyasi partiyalara üzv ola bilər?" - Siyavuş Novruzovdan təklif

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar iclasında siyasi partiyalar haqqında qanuna bəzi dəyişikliklər təklif olunub.

Yenicag.az xəbər verir ki, millət vəkili Siyavuş Novruzov peşə sahiblərinin siyasi partiyalara üzvülüyünü qadağan edən müddəanın başa düşülmədiyini bildirib:

“Siyasi partiyalar haqqında” qanunun 8-ci maddəsi kimlərin siyasi partiyalara üzv olub – olmamasını müəyyənləşdirir. Bəzi peşə sahiblərinin , məsələn: hüquq mühafizə orqanlarının əməkdaşlarının, hərbi qulluqçuların, bəzi peşə sahiblərinin siyasi partiyalara üzlüyünün qadağan edilməsi anlaşılandır. Ancaq bəzilərinin isə siyasi partiyalara üzvülüyünün qadağan edilməsi qətiyyət başa düşülmür. Məsələn, vergi orqanları, maliyyə qurumlarının əməkdaşları, bank işçilərinin siyasi partiyalara üzvlüyü qadağan edilir, mən başa düşmürəm, burada nə var ki? Mərkəzi Bankın idarə heyətinin üzvlərinin də işçilərinin siyasi partiyalara üzvlüyü qadağan edilir, bu da qətiyyən başa düşülmür, yəni üzvü olsa onlara pulmu verəcək, onlara kreditmi ayıracaq?”

Araz. Z

www.yenicag.az

2861
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv