!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tofiq Zülfüqarov: “Kimlərsə Azərbaycanın hesabına Paşinyana xal qazandırmaq istəyirdilər” – VİDEO

!Reklam – Yazi

“Azərbaycan yubiley Deklorasiyana veto qoymaqla, taktiki baxımdan doğru addım atdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı üzrə 10 illik yubiley Deklorasiyasına veto qoymasına münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazirin sözlərinə görə, Azərbaycan bu addımı ilə ərazi bütövlüyü məsələsinin onun üçün əsas priqoritet olduğunnu bir daha diqqətə çatdırıb:
“Bu, çox fərqli bər məsələdir və təəssüf ki, təhlilçilər tərəfindın lazımi şəkildə izah olunmur.

Bildiyiniz kimi, “Şərq tərəfdaşlığı” proqramının altı iştirakçısından dördünün – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü problemi var.

Bu ölkələr beynəlxalq səviyyəli bütün sənədlərdə ərazi bütövlüyünün təsbiti məsələsinin əks olunmasını istəyirlər.

Ancaq Avropa İttifaqının rəsmiləri Ermənistandakı vəziyyətən məlumatlıdırlar və bilirlər ki, yekun Deklorasiyada dövlətlərin ərazi bütövlüyü məsələsinin önə çəkilməsi Paşinyanı tənqidlərlə üz-üzə qoyacaq.

Bu vəziyyət Gürcüstan, Ukrayna və Moldovanı da qane etməyib. Onlar bildiriblər ki, Deklorasiyanın hansısa bəndində Avropa İttifaqının həmin ölkələrlə imzaladığı və ərazi bütövlüyünün təsbit olunduğu sənədlərə istinad edilsin.

Ancaq Azərbaycanla Avropa İttifaqı arasında elə bir sənəd imzalanmayıb. Ona görə də, vurğulanan o istinad Azərbaycana şamil oluna bilməz. Belə bir vəziyyətdə Paşinyanın daxili tənqədlərə məruz qalması əlbəttə ki, Azərbaycanın problemi deyil. Bizim üçün əhəmiyyət kəsb edən əsas məsələ ərazi bütövlüyümüzün qəbul edilməsidir.

Ona görə də, Azərbaycanın yekun Deklorasiyaya veto qoyması tamamilə doğru addımdır. Kimlərsə istəyirdi ki, Azərbaycanın hesabına Paşinyana xoş gəlsin, ona xal qazandırsın.

Avropa İttifaqının rəsmiləri inandırmağa çalışırdılar ki, yubiley Deklorasiyası hər hansı öhdəliyi nəzərdə tutmayan, icrası məcburi sayılmayan, açıq desək, siyasi əhəmiyyət daşımayan sənəddir.

Bəli, Avropa İttifaqının digər sənədllərində Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb və mən əminəm ki, imzalanacaq assosiativ sazişdə də o müddəa mütləq qeyd olunacaq.

Lakin yenə deyirəm, Azərbaycan yubiley Deklorasiyana veto qoymaqla, taktiki baxımdan doğru addım atdı. Bakı bu addımı ilə Avropa İttifaqının rəhbərliyinə qəti şəkildə göstərdi ki, ərazi bütövlüyü bizim üçün əsas məsələdir və o müddəanın bütün sənədlərdə yer almasının tərəfdarıdır”.

www.yenicag.az

3244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv