!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kimlərsə islahatlara dəstək təşəbbüsünü sosial sifariş hesab etməyə bilər...” – Pənah Hüseyn

!Reklam – Yazi

“İrəli sürülmüş təşəbbüslə bağlı YAP-ın rəhbərliyi ilə də təmas qurmağa çalışmışıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə köklü islahatlara dəstək təşəbbüsü çərçivəsində keçirilən toplantının nə dərəcədə effektli olduğunu dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

Pənah Hüseynin sözlərinə görə, “Köklü islahatlarla dəyişikliklərə doğru” adlı tədbirə dəvət olunan partiyaların əksəriyyətinin həmin toplantıya qatılmaması problemli məsələ deyil: “Hər bir partiyanın müəyyənləşdirdiyi siyasətə uyğun olaraq, təbliğat-təşviqat aparmaq hüququ var. Bu məsələlərə təbii baxmaq lazımdır. Biz mövqelərə hörmətlə yanaşırıq. Mövqeyimiz aydındır. Bizim istəklərimizdən biri də, bu mövzuda ictimai diskussiyaların aparılmasıdır. O baxımdan, aparılan müzakirələri faydalı hesab edirəm. Həmin tədbirdə ölkədə ciddi dəyişikliyin zəruriliyini və bunun da yolunun islahatlardan keçdiyini bildirdik. Bu islahatlar haqqında orada iştirak edən partiyaların rəy və təsəvvürlərini ortaya qoyduq. Öz təkliflərimizi verdik və hesab edirəm ki, bu, çox ciddi bir işdir”.

AXP sədri iddiaların əksinə olaraq, hesab edir ki, belə bir təşəbbüsün irəli sürülməsi sosial sifarişdir: “Belə bir toplantının keçirilməsi sosial sifarişdir. Bu işə başlamağımızın əsas səbəblərindən biri də budur. Kimlərsə bu mövzuda fərqli düşünə bilər”.

Pənah Hüseyn bildirib ki, bu təşəbbüs çərçivəsində, hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ilə qiyabi fikir mübadiləsi aparılıb: “Digər partiyalarla yanaşı, YAP-ın rəhbərliyi ilə də təmas qurmağa çalışmışıq. Birbaşa olmasa da, fikir mübadiləsi olub. Ancaq YAP-dan bu məsələ ilə bağlı konkret rəy bildirilməyib.

Ümumiyyətlə, Azərbaycanda köklü islahatların aparılması zəruridir. Məhz beynəlxalq və regional amillərin təsiri nəticəsində Azərbaycan ətrafında yaranmış vəziyyət, o cümlədən, Qarabağ probleminin həlli ilə bağlı müəyyən təhdidlərin yaranması, bu məsələlərə cavab axtarılması zərurətini gücləndirir”.

AXP sədrinin fikirncə, islahatlarla bağlı hazırladıqları layihənin siyasi partiyalar tərəfindən bu ayın sonuna qədər imzalanması mümkündür.

Səxavət Məmməd

www.yenicag.az

3274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv