Bu gün İsveçin paytaxtı Stokholmda 2018-ci il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafat təqdim olunub.
Yenicag.az-ın məlumatına görə, bu il bu mükafat Frensis Arnold, Corc Smit və Qreqori Vinterə təqdim olunub.
Onlar kimyəvi molekulların təkamülü sahəsində işlərinə görə mükafata layiq görülüb.
Bu kəşf yeni dərmanların yaradılmasına kömək edir.
Qeyd edək ki, oktyabrın 5-də Nobel sülh mükafatı sahibini tapacaq. Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayacaq.