2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
Yenicag.az xəbər verir ki, mükafat John B.Goodenough (ABŞ), M.Stanley Whittingham (Böyük Britaniya) və Akira Yoshinoya (Yaponiya) verilib.
Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.
Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.