Kimya zavodunda partlayış – Xəsarət alanlar var

ABŞ-ın Texas ştatında kimya zavodunda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Kresson şəhərində qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər itkin düşüb, daha 1 nəfər isə ağır yaralanıb.

Kresson şəhərinin meri Bob Kornett bildirib ki, sözügedən kimya zavodu sabun, kimyəvi turşular istehsal edir.