Kimya zavodunda yanğın – Magistral yollar bağlandı, 17 min əhali üçün təxliyə əmri verildi

ABŞ-ın Corciya ştatında kimya zavodunda yanğın baş verib.

Yenicag.az xəbər verir ki, səlahiyyətlilər fabrikdən yüksələn rəngli tüstünün insan sağlamlığına çox zərər verə biləcəyini bildirərək bölgədə təxliyələrə başlayıb.

Gürcüstan Nəqliyyat Departamentinin “X” sosial media platformasında yaydığı məlumata görə, zavoda yaxın ştatlararası yollar tamamilə bağlanıb. Bölgədəki mənbələr nəqliyyatın bağlanmasından sonra geriyə hərəkət edən avtomobillər səbəbindən bölgədə nəqliyyatın hərəkətinin kəsildiyini bildirib.

Yerli mənbələr zavoddan yüksələn kimyəvi buludun 50 kilometr uzaqdan göründüyünü bildirib

Rokdeyl qraflığının şimal hissəsində zavodun şimalındakı insanlara evakuasiya əmri verilib. Evakuasiya əmrinə əməl edə bilməyən insanlara pəncərə və qapılarını bağlayaraq evlərinə sığınmaq tövsiyə olunub. Bölgədəki polis idarəsinin sözçüsü Kristin Nesbit 17 min nəfər üçün təxliyə əmri verildiyini, lakin neçə nəfərin təxliyə əmrinə əməl etdiyini bilmədiyini söyləyib.

Xəstəxanalar və polis bölmələri istisna olmaqla, bölgədəki bütün ictimai binalar bağlanıb.

İsmayıl Bakuvi

COP29