!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kinematoqrafçılar İttifaqında YENİ QARŞIDURMA: “Küsüb getməkdənsə, qalıb…” - Ayaz Salayev

!Reklam – Yazi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bir neçə üzvünün eyni vaxtda qurumu tərk etməsi bir müddət öncə başlayan qalmaqalı yenidən alovlandırıb.

Məsələyə aydınlıq gətirən İttifaqın (AKİ) rəyasət heyətinin üzvü, Əməkdar incəsənət xadimi, tanınmış rejissor Ayaz Salayev Yenicag.az-a açıqlamasında Xalq artistləri Ramiz Məlik, Əbdül Mahmudov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Reyhan İsayeva və digərlərinin eyni vaxtda ittifaqdan getməsini qınayıb.

Qurum rəsmisi bunun çıxış yolu olmadığını bildirib:

“Bu ittifaq heç kimin şəxsi mülki deyil. Qurultay çağırmaq, tələblərini səsləndirmək, tənqid etmək lazım idi. Küsüb çıxıb getmək nə deməkdir? Düzdür, belə bir yol da var. Amma daha əlverişli mövqe göstərmək olardı. Elə bil ki, öz mənzilindən küsüb gedirsən. Hə də bir deyil, bir bir neçə nəfər və günün içində.Qalıb təkliflərini irəli sürməli idilər”.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi bir qrup sənət adamının İttifaqdan getməsinə səbəb olub. Sənət adamları bu seçkinin onların iştirakı və istəyi olmadan baş tutduğunu iddia ediblər.

Cəvahir

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv