Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Kino çəkənlərə müjdə: İşçi Qrupu yaradıldı

Tanınmış kino mütəxəssisləri, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlar, müstəqil prodüser mərkəzlərinin nümayəndələri, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb.

Yenicag.az xəbər verir ki, konsepsiya ilə bağlı təkliflərini təqdim etmələri məqsədilə müvafiq qurumlara Mədəniyyət Nazirliyi tərəfindən məktublar göndərilib. Hazırda onları təqdim etmiş təşkilatların iştirakı ilə təkliflər İşçi Qrupu tərəfindən müzakirə olunur.

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış, Nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov və “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyevdən ibarət İşçi Qrupu ölkəmizin Litva və Macarıstan respublikalarındakı səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrdə səfərlərdə olub.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamında Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılıb. İşçi qrupu da bu məqsədlə yaradılıb.

Cəvahir

www.yenicag.az

5816
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM