Kinomuza AĞIR İTKİ: Tanınmış rejissor dünyasını dəyişdi – FOTO

Tanınmış rejissor və ssenarist Musa Bağırov dünyasını dəyişib.

Bu barədə Yenicag.az-a Peşəkar Rejissorlar Gildiyasından məlumat verilib.

Musa Bağırov 10 may 1932-ci ildə anadan olub. O, uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində çalışıb və 50-dən artıq sənədli filmə quruluş verib. Filmləri bir çox beynəlxalq festivalda mükafatlara layiq görülüb.

Musa Bağırov general Həzi Aslanovla bağlı araşdırmaların və digər məşhur sənədli filmlərin müəllifidir.

Cəvahir