!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kipr keçid qapılarının açılması hər iki tərəfdə məmnunluq yaradıb

!Reklam – Yazi

Bu gün KKTC Cümhurbaşqanı Ersin Tatarla rum tərəfinin lideri Nikos Anastasiadis arasında onlayn formatda görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüş BMT Baş katibinin Kipr məsələsi üzrə xüsusi təmsilçisinin müavini Elizabet Speharın dəvəti nəticəsində baş tutub.

Bu barədə KKTC Cümhurbaşqanlığı sözcüsü Berna Çelik Doğruyol açıqlama verib.

Görüşü giriş sözü ilə açan E.Spehar tərəflər arasında keçid qapılarının açılmasını müsbət addım kimi dəyərləndirib. O, buna görə, hər iki liderə təşəkkürünü çatdırıb.

Sonra çıxış edən KKTC Cümhurbaşqanı Ersin Tatar bütün keçid qapılarının işlək hala gətirilməsindən məmnun olduğunu deyib. O, bundan sonra tərəflər arasında bir çox sahələrdə əməkdaşlığın qurulacağına ümid etdiyini söyləyib.

E.Tatar həmçinin bu keçid qapılarından ayrıseçkilik olmadan hər iki tərəfin, o cümlədən üçüncü ölkələrin vətəndaşlarının sərbəst istifadə etməsinin önəmini vurğulayıb.

Rum lider N.Anastasiadis də bütün keçid qapılarının eyni vaxtda işlək hala gəlməsinə görə məmnunluğunu dilə gətirib. Bu işdə zəhməti olan hər kəsə minnətdarlıq edib.

N.Anastasidis həmçinin tərəflər arasında əməkdaşlıq sahələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb./Bayraqdarinfo/

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv