!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə evlərə PULLU BAXIŞ: Maklerlərin fırıldağı, yoxsa… - ARAŞDIRMA

!Reklam – Yazi

Son vaxtlar sosial şəbəkələrdə “Kirayə evlərə baxış – xidmət haqqı 10-20 manat” kimi paylaşımlara tez-tez rast gəlirik. Kirayə mənzillərə baxışın ödənişli olması kiaryə qalmaq istəyən vətəndaşların onsuz da acınacaqlı olan durumunu daha da ağırlaşdırır.

Qanunla tənzimlənməyən bu qaydalar kimlər tərəfindən qoyulur və bu, nə ilə əsaslandırılır?

Yenicag.az bununla bağlı paytaxtın bəzi məkanlarında araşdırma aparıb və səbəbləri öyrənib.

Bəzi maklerlerlər bu qaydaların hamıya şamil olunmadığını bildiriblər:

“Bunu bütün maklerlərə aid etmək olmaz. Mən illərdir ki, Abşeron Gənclər şəhərciyində makler kimi fəaliyyət göstərirəm. Amma kirayəşin kimi ev axtaran insanlardan mənzilə baxmaq üçün əlavə pul istəməmişəm. Əgər şəxs həmin evdə kirayə qalmağa qərar veribsə, o halda öz haqqımı alıram. Onsuz da həmin adamların xərcləri kifayət qədərdir. Yazıq kirayə pulu ödəsin, yoxsa hər dəfə baxdığı evə görə 10, yaxud da 20 manat ödəsin? Biz də eştmişik bu məqsədlə əlavə pul alan maklerlər var. Bunun da səbəbləri var. Bəzən insanlar kirayə adı ilə maklerləri bezdirir. Hətta, bunu əyləncəyə çevirənlər də var”.

Bəzi maklerlər isə insanlardan evə baxmaq üçün pul alındığını normal hesab edib:

“Mən şəhərin bu başından o başına adam aparıb ev göstərirəmsə, yol xərcim, enerjim, vaxtım gedir. Bəzən bir gün ərzində 20 şəxsi kirayə evə baxmaq üçün aparıram, amma heç bir nəticə hasil olmur. Qazanc əvəzinə itirirəm. Buna görə də kirayəçilərlə əvvəldən sövdələşməmiz olur ki, ev götürsən də, götürməsən də baxış xidməti üçün pul ödəyəcəksən. Bəzən insanlar arxayın olur ki, əşi, onsuz da evə baxmaq pulsuzdur, gedim nə qədər ev varsa, özüm üçün gəzim, dolanım, birini seçərəm. Amma onlardan evə baxmaq üçün pul alınanda artıq şəxs məsələyə ciddi yanaşır. Makleri bezdirmir. Qabaqcadan ölçür-biçir və bəzən ilk baxdığı evə daşınır”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə saytımıza açıqlamasında ödənişli makler xidmətlərinin hansı halda doğru, hansı halda doğru olmadığına aydınlıq gətirib:

“Bəli, belə hallar var və bununla bağlı bizə də müraciət edirlər. El arasında maklerlər adlandırılan realtorların bildirdiyinə görə onlar hansısa evi göstərmək üçün müəyyən xərc çəkir, vaxtları gedir, taksi xidmətindən istifadə edirlər. Buna görə də bəzi maklerlər bunu nəqliyyat xərci kimi dəyərləndirir. İstənilən halda, yazılı razılaşma olmalıdır. Əgər realtor xidmətindən kimsə istifadə edirsə, yerindəcə müqavilə bağlaya bilərlər. Və həmin müqavilədə ödənişli baxış xidməti də yer alacaqsa, şəxs öncədən bunu biləcək. Tərəflər arasında razılaşma varsa ki, bu evi götürüb götürməyəcəyimdən asılı olmayaraq məbləği ödəyəm, bu, əsaslı səbəb sayıla bilər. Amma bu razılaşma olmadan, vətəndaş bununla bağlı məlumatlandırılmırsa, sonradan müştəridən pul tələb etmək doğru deyil.

Realtorların da sahəsi müəyyən xidmət sahəsidir. Bəzən onlar da şikayətlənir ki, müştəri gedib evə baxır, pul verməmək üçün maklerdən sonra gizlincə həmin evə gedib mənzil sahibi ilə razılaşırlar. Yəni makler öz zəhmətinin bəhrəsini almadığı üçün məcburiyyətdən bu qaydanı tətbiq etməli olur.

Digər bir məqamı da qeyd edim. Realtorların bir çoxu vergi ödəyir və buna görə müəyyən ödəniş tələb etməkdə haqlıdırlar. Amma vətəndaşlar da diqqətli olmalıdırlar ki, onlardan əlavə vəsait tələb olunursa, bu, müqavilə əsasında olsun”.

Cəvahir

www.yenicag.az

1118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv