Kirayə verilən bu mənzillər ÖLÜM MƏNBƏYİDİR – Xəbərdarlıq edildi

Son illər kirayə mənzil bazarında özbaşınalıqdır. Hər kəs tələbin artdığını görüb evə istədiyi qiyməti qoyur. 

İki otaqlı normal mənzillər 500-550 manatdan başlayır. Amma evlərdə təhlükəsizlik məsələləri heç də ürəkaçan səviyyədə deyil. Kombi sistemləri hamam otaqlarındadır, bu da ciddi təhlükədən xəbər verir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevbildirib ki, bu məsələdə məzilini kirayə verən şəxslərin üzərinə böyük məsuliyyət düşür:

“Evlərini kirayə verən şəxslər mənzillərində hər hansı təhlükə riski olmadan bunu həyata keçirməlidirlər. Həm ellektrik, həm qaz, həm də su təsərrüfatında olan problemlərin hər biri aradan qaldırılmalıdır. Evdə hər hansı uçma təhlükəsi varsa, bunlar təmir edilib, evdə normal yaşayış mühiti qurulduqdan sonra kirayə vermək olar. Kirayəşinlərin həyat və sağlamlığı üçün problem yaradacaq amillər aradan qaldırılmalıdır”.

Ekspetin sözlərinə görə, kirayə məzil götürənlər də ayıq-sayıq olmalı, təhlükə ehtimalı olna mənzillərdən uzaq durmalıdırlar:

“Evi kirayə götürən şəxslər də təhlükəsizlik məsələlərinə diqqət etməlidirlər. Götürdükləri evdə qaz, elektrik, su təsərrüfatının saz vəziyyətdə olmasına diqqət yetirməlidirlər. Evdə dağılma, uçma ehtimalı, nəmişlik, rütubət varsa, digər seçim imkanlarından istifadə etmək və həmin evlərdən uzaq durmaq lazımdır. Bu məsələ evi kirayə verənin üzərinə məsuliyyət düşsə də, evi kirayə götürənlər də diqqətli olmalıdırlar. Müqavilə əsasında kirayə verilirsə, bütün şərtlər orada öz əksini tapmalıdır”.

COP29