Kişi evini yandırdı: Yoldaşı xəsarət aldı

Gəncə şəhər sakini yaşadığı evi yandırıb.

Yenicag.az xəbər verir ki, psixoloji problemi olan kişi öz evinə od vurub.

Onun arvadı evin yanmasının qarşısını almaq istəyən zaman kişinin əlindəki benzin üzərinə tökülüb.

Nəticədə qadının qolu yanıb. O, xəstəxanaya aparılıb.

Xəsarət alan qadın ərindən şikayətçi olmayıb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az/