Kişi həyat yoldaşını bu səbəbə görə öldürtdürüb

imagesCinayətin Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar. Daxili İşlər Nazirliyi həyat yoldaşını öldürmək üçün pulla qatil tutan şəxsin cinayəti haqda məlumat yayıb. DİN-dən verilən xəbərə görə, yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsik xəsarətləri olan meyiti Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar.