Bakı şəhərinin Nərimanov rayonunda fevralın 13-də Sevinc Rəfail qızı İbrahimova keçmiş həyat yoldaşı tərəfindən öldürülüb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə saat 17:30 radələrində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Rövşən Eldar oğlu Quliyev saxlanılıb.