Kişi məşqçini zala buraxmadılar, o da başını örtdü- İranda qalmaqal

Müsabiqə üçün İrana gələn qadınlardan ibarət Tayland kabaddi yığmasının kişi baş məşqçisi qarşılaşmanın olduğu zala başını örtərək daxil olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kişilərin zala girişinin qadağan edilməsi olub. Tayland yığmasının baş məşqçisi Qorqan şəhərində keçən həftə keçirilən müsabiqəyə daxil olmaq üçün qeyri-adi yoldan istifadə edib. O, baş örtüyü taxaraq zala daxil olub. Baş məşqçinin zalda çəkilmiş şəkilləri cəmiyyətdə böyük etiraza səbəb olub. İran Kabatti Federasiyasının başçısı Məhəmməd Rza Maqsudlu bu prosesin məqsədli şəkildə həyata keçirildiyini iddia edib.

Qeyd edək ki, kabaddi idman növündə komanda üzvü meydana daxil olaraq nəfəs almadan rəqib komandanın üzvlərinə toxunmalı və geri qayıtmalıdır.

COP29