!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kişi müğənnidən Aytaca PİSLİK: “Toyda oxuduğum yerdə qəfildən…”

!Reklam – Yazi

“Zamanında bu sənət cameəsində mənə də pislik etmək istəyən insanlar olub”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı deyib.

Sənətçi sənət aləmində hər zaman qısqanclıqların, paxıllıqların olduğunu və özünün də başına belə hadisələrin çox gəldiyini bildirib:

“Çox sevdiyim sənət adamı, hansı ki, ona dəfələrlə xeyir də vermişəm, mənə qarşı pis davranıb. Kişi müğənnidir, toy məclisini bərabər aparırdıq.

Gördü ki, mənim artıq qazancım olur, yəni şabaş verilir. Toyda xoşagəlməyən nələrsə baş verməyə başladı. Belə ki, toyun sonunda fonoqram oxuyanda qəfildən mahnını dayandırdı. Söz tapıb deyə bilmədim… Axı, xətrini həqiqətən çox istədiyim bir adam, niyə belə olmalıydı?.. Bunun adına qısqanclıq deyim, ya paxıllıq. Bilmirəm. Belə şeylər çox olub”.

Müğənni əvvəllər adının tez-tez qalmaqallarda hallandığını da etiraf edib. Amma son illər belə qalmaqallardan qaçdığını, yalnız sənəti ilə məşğul olduğunu söyləyib.

Aytac bu barədə “Özəl Tube” verilişində danışıb.

Nehru

www.yenicag.az

3311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv