Kişi və qadınlar arasında əməkhaqqı fərqi – Mükafatlandırma mexanizminə dəyişikliklər təklif edildi

Danimarkada kişilərin orta əməkhaqqı hələ də qadınlardan yüksəkdir və son illər fərq daha da artıb.

Yenicag.az yerli DR portalına istinadla xəbər verir ki, sözügedən məlumatları Danimarkanın Milli Statistika İdarəsi dərc edib.

KİV yazır ki, Danimarkada kişi və qadınlar arasında orta əməkhaqqı fərqi 2023-cü ildə 12,4%, 2022-ci ildə isə 12,2% təşkil edib. Ən nəzərə çarpan boşluq isə kişilərin əməkhaqqının hətta 16% yüksək olduğu bölgələrdədir.

Keçən il Danimarkanın vergidən əvvəl orta əməkhaqqı ayda 48,599 kron olub. Kişilər orta hesabla 54.574 kron (təxminən 7.300 avro), qadınlar isə 45.200 kron (təxminən 6 060 avro) qazanıblar. Tipik vergi rezidenti üçün Danimarka vergi dərəcəsi 52% təşkil edir, baxmayaraq ki, müəyyən vergi istisnaları ilə daha aşağı ola bilər.

Xatırladaq ki, 2023-cü ildə Avropa İttifaqında “bərabər iş” anlayışının tətbiqi üçün aydın çərçivə və onun tənzimlənməsi meyarlarını müəyyən edən Ödəniş Şəffaflığı Direktivi qüvvəyə minib. İlk dəfə olaraq, Avropa Komissiyası 2021-ci ildə gender bərabərliyinə nail olmaq üçün mükafatlandırma mexanizminə dəyişikliklər təklif edib.

Rafi Müslümov

COP29