Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub.
Yenicag.az xəbər verir ki, finalda “Azərreyl” və “Xilasedici” komandaları qarşılaşıblar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan görüş “Xilasedici”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da komanda ölkə kubokunun qızıl medallarına sahib çıxıb.
Qadınların mübarizəsində isə “Gəncə” komandası bu gün “Abşeron”la üz-üzə gələcək. Eyni məkanda təşkil olunacaq matç saat 18:00-da başlayacaq.
Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma və yarışın bağlanış mərasimi keçiriləcək.