Kişi voleybolçuların Yüksək Liqasında VII turun iki oyunu keçirildi

Kişi voleybolçuların Yüksək Liqasında VII turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Xilasedici” klubu Fövqəladə Hallar Nazirliyinin idman zalında “Neftçi” ilə üz-üzə gəlib. Oyun “Xilasedici” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun daha bir oyunu isə Sumqayıt OİK-də “Gənclər” və MOİK komandaları arasında olub. Görüşün qalibi taybrekdə müəyyən olunub. Gərgin keçən matçda MOİK 3:2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, VII turun son qarşılaşması yanvarın 23-də “Azərreyl” və “Murov Az Terminal” komandaları arasında olacaq.