Kişida Yaponiyanın 100-cü Baş naziri oldu

Ötən həftə Yaponiyanın iqtidardakı Liberal Demokratik Partiyanın (LDP) sədrliyinə seçilən keçmiş xarici işlər naziri Fumio Kişida ölkənin 100-cü Baş naziri olub.

Yenicag.az xəbər verir ki, Suqa Yoşihide rəhbərliyindəki hökumətin istefasından sonra parlamentin Nümayəndələr Palatası millət vəkilləri bir araya gəlib.

465 millət vəkilindən 311-nin lehinə səs verməsi ilə Kişida ölkənin Baş nazir seçilib.

Kişida vəzifəsini oktyabrın 31-dək – seçkilərə qədər icra edəcək.