“Bəzi dırnaqarası bəylər plastik əməliyyatlar etdirərək başqa məqsədlərlə orasını-burasını şişirdirlərsə, buna münasibətim birmənalı şəkildə yaxşı deyil”.
Bu fikirləri tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva kişilərin plastik əməliyyat etdirməsinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi sağlamlığında problemlər yarandığı təqdirdə, əks cinsin nümayəndələrinin plastik əməliyyat etdirməsinə normal yanaşdığını bildirib:
“Kişilərin plastik əməliyyat etdirməsinə pis baxmıram. Baxır, hansı kişi bunu hansı məqsədlə etdirir. Əgər insanın burnu sınıb, çəpər əyriliyi var, nəfəs ala bilmirsə, bu onun sağlamlığında problem yaradırsa, təbii ki, əməliyyat etdirməsi çox vacibdir. Ya da anadangəlmə sinəsi qadın sinəsi kimi daha qabarıq olan insanlar var. Onlar buna görə çox kompleks keçirirlərsə, bu sinəni idman və digər vasitələrlə heç cürə dəyişdirə bilmirlərsə, yekun olaraq bunun əlacı plastik əməliyyatdadır. Digər problemlər də var. Bəydə qarın piylənməsi varsa, idman edə bilmirsə, bunun çarəsi plastik əməliyyatdadırsa, buna normal baxıram. Piylənmədən də əvvəl yeməyinə diqqət yetirməliydi ki, belə problemlə üzləşməsin”.
Əməkdar artist digər məqsədlər üçün bıçaq altına yatan kişiləri sərt tənqid edib:
“Bəzi dırnaqarası bəylər plastik əməliyyatlar etdirərək başqa məqsədlərlə orasını-burasını şişirdirlərsə, buna münasibətim birmənalı şəkildə yaxşı deyil. Nəinki kişilər, elə bu cür xanımlara da münasibətim yaxşı deyil. İndi daha çox ombasını böyütmək dəbdədir. Bu da kənardan çox bərbad şəkildə görünür. Təbii ki, bu dəb də aradan qalxacaq, o şişirdilmiş ombalar da dəbdən düşəcək. Amma nəticədə fiziki olaraq onlara olan olur. Çünki bilirəm ki, bu əməliyyatlardan sonra kimlərsə fiziki travmalar alır, ayaqlarında, onurğa sütunlarında problemlər yaranır. Reallıq budur. Yəni deməyim budur ki, bəylərin plastik əməliyyatlarının məqsədinə uyğun olaraq onlara münasibətim dəyişir”.
Cəvahir