!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Kişini pulla satın alıb”- tanınmış aparıcıdan məşhur cütlüklə bağlı ŞOK İDDİA  

!Reklam – Yazi

Tanınmış aparıcı və aktyor Rüfət Nəzərovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Sizi bir aktyor kimi “Aramızda qalsın” serialından yaxşı xatırlayıram. Bəs niyə daha heç bir serialda, hətta efirlərdə belə yoxsunuz?

– Aktyor kimi dəvətlər alıram, amma özümə uyğun rol görmürəm. Elə insanlar da var ki, yaradıcılıqlarını bəyənmirəm. Çünki Fuad Poladov kimi sənətkardan dərs almışam. Bəyəndiklərim də deyir ki, gəl, havayı çəkil, kassadan qazanandan sonra qonorarını verərik…

– Bəs efir?

– İnşallah, tezliklə ARB kanalında yayımlanacaq “İyirmilik” layihəsinə aparıcılıq edəcəm. Azərbaycanda o tipli ilk verilişin aparıcısı mən olacam. Eyni zamanda, bir serialda da görünəcəm, o da sözügedən kanalda nümayiş olunacaq. Hədəfim ARB-nin siması olmaqdır.

– Şəxsi həyatınızı gizlədirsiz: subaysız, evli?

– Sevgilim, bacım, qardaşım, anam – ümumiyyətlə, ailəmlə bağlı danışmağı sevmirəm. Çünki demokratik düşüncəli insan olmağımla bərabər, eyni zamanda, köhnə mental dəyərlərə önəm verirəm. Çünki konservativ düşüncəli, kommunist ailəsində doğulmuşam.

– Evli olduğunuzu niyə gizlədirsiz ki? Qadın heyranlarınızı itirməkdən qorxursuz?

– İstəmirəm bu barədə danışım.

– Ətrafınızda gözəl xanımlar çoxdur?

– Mənim anlamımda çirkin qadın yoxdur.

– Hər halda, kişilər çirkin qadınların arxasınca düşmürlər…

– Səni inandırım, o çirkin qadınların dalınca elə düşürlər ki… Onun puluna, maşınına görə…
Amma pullu, zəngin ailəyə mənsub insanlar da var ki, qadını məhz gözütox və dürüst olduğuna görə seçir. Nə boyuna-buxununa, nə yaşına, nə də görünüşünə baxmır, o xanım üçün də “sino” gedir. O qadına külli miqdarda pul da xərcləyir. Qadın da tanıyıram ki, kişini pulla satın alıb. Özü də məşhur cütlükdür; yaş fərqi də babatdır ha!

– Babat deyərkən?

– Qadın, daha doğrusu, o “xala” oğlandan 25 yaş böyükdür. Hər ikisi məşhurdur, ikisini də tanıyırsınız. Amma deməyəcəm kimdir. Qadınla əvvəlcə puluna görə yaşayan oğlan sonradan ona vurulub.

– Bəs sizin yaş fərqinə münasibətiniz necədir?

– Əgər saf hisslərdirsə, yaşın nə fərqi var ki? Yox, əgər o münasibətdə alış-veriş varsa, tüpürüm o münasibətə.

– Sizə belə təkliflər olub?

– Bir neçə il əvvəl belə bir qadın olub. Təklif edib ki, sənin üçün hər şey edərəm, amma yanımda ol – razılaşmadım.

– Nə əcəb?

– İmkan verməmişəm ki, məni seçsinlər. Daim özüm seçmişəm. Alfons oğlanlara nifrət edirəm. Kişi yırtıcıdır, qurbanını tapıb, evinə gətirməlidir. Kişi qazanıb, gətirməlidir ailəsi də o ruzidən yeməlidir.

– Sizcə, sevgini nə bitirə bilər?

– Yalan. Elə adam var ki, gözümün içinə baxa-baxa məni aldadıb, yalandan Qurana and içib ki, belədir.

– Bəs adiləşmək?

– Yox, əgər hisslər həqiqidirsə, sevgi adiləşmir. Həm də qadından asılıdır. Qadın fədakar olmalıdır.

– Sizə Don Juan demək olarmı?

– Yox, amma nədənsə, məni Don Juan kimi qəbul edirlər. Bəzən belə sözlər eşidirəm. Amma mən kübar insanam, intellektual bir ailədə tərbiyə almışam. İstəmərəm məni arvadbaz kimi tanısınlar. Sadəcə olaraq, gözəl qadınların zövqünü oxşayıram.

– Vizual görünüş önəmlidirmı?

– Vizual görünüş təbii ki, ilk sillədir. Amma içərisi çirkindirsə, lap dünya gözəli olsa da, dabana tüpürüb, o qadından qaçmaq lazımdır. İnsanın daxili aləmi gözəl olmalıdır.

Cəvahir

www.yenicag.az

7514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv