Kişinin cibindən pul oğurlayan bacılar saxlanıldı – BAKIDA

Ramanada evdən pul oğurlayan bacılar saxlanılıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və bacısı Könül saxlanılıblar.