Kişinin həyat yoldaşları arasında dava qətllə nəticələndi – Lənkəranda

Lənkəran rayonunda 42 yaşlı qadın qətlə yetirilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi yaşadığı qadın tərəfindən öldürülüb.

Məlumata görə, kişi həyat yoldaşı ilə qeyri-rəsmi yaşadığı qadının hər ikisini bir evdə saxlayırmış.

Artıq qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu, Gülşən Salayevadır.

Məlumata görə, o, Sevda Həsənovanı odun parçası ilə çoxsaylı zərbələr yetirməklə qətlə yetirib. Münaqişənin əmlak bölgüsü üstündə baş verdiyi bildirilir.

Qeyd edək ki, G.Salayeva qətlə yetirdiyi S.Həsənovanın həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovla qeyri-rəsmi nikahda olub.

A.Həsənovun hər iki qadından 4 övladı var.

Faktla bağlı araşdırma aparılır.

COP29