“Kişinin xəyanətindən nə olacaq ki?” – Aparıcıdan açıqlama

“Kişi tərəfdən xəyanət olsa, gözəl olar. Qoy olsun, nə olacaq ki? Necə olur ki, siz bunu anlamırsınız? Kişi gedib qıraqda nə qələt istəyirsə, etsin”. 

Yenicag.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu “MTV maqazin”ə açıqlamasında deyib. O, ər xəyanətinə elə həmin yolla cavab verən qadınlara isə belə münasibət bildirib:

“Qadın qisas aldığı kişi ilə eyni süfrədə oturursa, yatağa girirsə, o intiqam deyil. Sadəcə qadın bunu etmək istəyir. Onun əlinə bəhanə düşür ki, kişi bunu aldadıb. Dəməli onun qanında, canındadır”.