!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kişinyovda Novruz şənliyi təşkil edildi

!Reklam – Yazi

Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən Azərbaycan diasporunun Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, “Moldova Azərbaycanlıları Konqresi”nin (CAM) təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, ölkə parlamentarları, Azərbaycan, Yəhudi, Ukrayna, Qaqauz, Belarus icmalarının 450 nəfərə yaxın nümayəndəsi iştirak edib.

Qonaqları salamlayan CAM sədri Elçin Bayramov xalqımızı, dünya azərbaycanlılarını, türk dünyasını bayram münasibətilə təbrik edib və xoş arzularını bildirib. “Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz xüsusi yer tutur. “Moldova Azərbaycanlıları Konqresi” həmişə və bundan sonra da çalışacaq ki, diasporumuz bir ailə kimi mehriban olsun, həm sevincli, həm də çətin günlərimizdə bir-birimizin yanında olaq. Çünki biz birlikdə daha güclüyük”, – deyə sədr vurğulayıb.

Tədbirdə çıxış edən Moldova parlamentinin vitse-spikeri Mixay Popşoy, Azərbaycanın Moldovadakı Səfirliyinin birinci katibi İlqar Fərəcov, deputat Vitali Yakot, Azərbaycan icmasının ağsaqqalı Maarif Rəhimov xalqımızı bayram münasibətilə təbrik ediblər.

Moldova Cüdo Federasiyası adından CAM sədri Elçin Bayramova Azərbaycan diasporunun bu idman növünə dəstək göstərməsinə görə fəxri diplom təqdim edilib.

Tədbir bayram konserti ilə davam edib. CAM-ın nəzdindəki Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin və dəvət olunmuş sənətçilərin ifasında Novruza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.

Tədbir Novruz tonqalının alovlandırılması ilə yekunlaşıb.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv