Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kitab Yarmarkasında şeir günü keçirildi - FOTOLAR

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında bu il altıncısı keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası müxtəlif ədəbi və mədəni tədbirlərə də ev sahibliyi edir.

Yenicag.az xəbər verir ki, bu gün VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində İLESAM-ın Azərbaycan təmsilçisi, şair Xəyal Rzanın təşkilatçılığı ilə şeir günü keçirilib.

AYB-nin katibi Rəşad Məcid, qiraətçi Xəzər Süleymanlı və gənc şairlərin qatıldığı şeir günü yarmarka ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

Gənc ədiblərin öz şeirlərini səsləndirdiyi, Xəzər Süleymanlının Nəsimi yaradıcılığına müraciət etdiyi tədbir elə Nəsiminin qəzəli ilə də yekunlaşıb.

Aqil Bəkir

 

www.yenicag.az

1141
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100