!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kitabların 250 min tirajla nəşr olunduğu dövrlər geridə qaldı” – Sabir Rüstəmxanlı

!Reklam – Yazi

Xalq şairi Sabir Rüstəmxanlı müasir oxucu kontingentinin əvvəlkilərdən fərqləndiyi qənaətindədir.

Bu gün açılan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatılan Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında kitabla bağlı istənilən tədbirin yazıçı və oxucular üçün bayrama çevrildiyini deyib:

“Bu gün öz işinə başlayan Bakı kitab sərgisi sayca beşinci dəfə keçirilir. Mən neçə il əvvəl təşkil olunan 1-ci sərgini də xatırlayıram və görürəm ki, hər sərgidən sərgiyə həm iştirakçıların, həm də ziyarətçilərin sayı artmaqdadır.
Mən bu sərgidə 40-dan çox ölkədə nəşr olunmuş kitabların sərgilənməsini çox müsbət hal kimi qiymətləndirirəm.
Eyni zamanda, yerli nəşriyyatların da buradakı təmsilçiliyi yüksək səviyyədədir. Bu, əlbəttə, sevindirici haldır. Çünki kitab yazmayan, oxumayan toplumdan millət olmaz”.

Sərgidə “Akademikin son əsəri” kitabının imza gününü də keçirən xalq yazıçısı oxucuların bu əsərə olan münasibətindən məmnunluqla danışıb:

“Mən burada müşahidə edirəm ki, kitab sərgisinin ziyarətçiləri arasında gənclər üstünlük təşkil edirlər. Onların kitaba marağı təqdir olunmalıdır. Gördüyünüz kimi, mənim bu əsərim də kifayət qədər maraqla qarşılanıb.

Deməliyəm ki, indiki oxucu kontingenti 25-30 il əvvəlki oxuculardan fərqlənir. Mənim “Ömür kitabı” əsərim o zaman 250 min tirajla çap olunmuşdu.

Kitabların 250 min tirajla nəşr olunduğu dövrlər geridə qaldı Ancaq indiki gəncliyin böyük hissəsinin o əsər haqqında məlumatı yoxdur. Yəni dövr dəyişdikcə, tələbat da dəyişir. Bunu qəbul etmək lazımdır”.

A. Zeynalov

www.yenicag.az

1402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv