“Taxıl sazişi”ni bərpa etmək üçün lazım olan konkret şərtlər BMT-nin Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qurmun Baş katibi Antonio Quterreş arasında planlaşdırılan danışıqların gündəliyində olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.Mənbə ABŞ-dakı görüşdə sövdələşmənin effektiv və sürətli bərpası üçün konkret şərtlərin müzakirə olunacağını gözlədiyini vurğulayıb.
Mənbə qeyd edib ki, Ankara BMT-dən “Taxıl sazişi” kontekstində Rusiya Federasiyası ilə bağlı təkliflərin yekunlaşdırılmasını xahiş etmək niyyətindədir, görüləcək tədbirlər dəqiqləşdirib. Gündəliyə bu razılaşmalarla bağlı Rusiya rəhbərliyinə yeni məktub göndərilməsi daxildir.