İsrail bu ilin aprelində yüzlərlə pilotsuz təyyarə və raketin buraxıldığı vaxtdan daha irimiqyaslı İrandan hücuma hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin KAN ictimai televiziya kanalı məlumat yayıb.
İsrail tərəfi İranın siyasi təzyiqlərə görə niyyətindən “geri çəkildiyi” iddialarına baxmayaraq, Tehranın zərbəni həyata keçirməkdə “qətiyyətli” olduğunu qiymətləndirib.
Bu arada İsrailin müdafiə naziri Yoav Qalant İsrailə hücum olacağı təqdirdə, “görünməmiş zərbə” ilə cavab verəcəyini vəd edib.
“İran və “Hizbullah”dan olan düşmənlər əvvəllər istifadə etmədikləri üsullarla bizə zərər verməklə hədələyirlər. Kim belə bir şeyə yol verirsə, bizdən görünməmiş zərbə gözləməlidir”, – deyə nazir bildirib.
İyulun 31-də Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyə Tehranda sui-qəsd nəticəsində öldürülüb.
İran və Həmas İsraili qətli təşkil etməkdə ittiham edib.
İran HƏMAS liderinin öldürülməsinə cavab verəcəyini vəd edib.
Nəsimi Ələsgərli