Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü ilin mart-aprel aylarında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək istəyir.
Yenicag.az xəbər verir ki, bunu “Past” nəşri yazıb.
Bildirilib ki, o, aidiyyatı qurumlara referenduma hazırlıq işlərinin başlaması ilə bağlı tapşırıq verib.
Qəzetin məlumatına görə, referendumun konkret olaraq nə vaxt keçiriləcəyi və hansı dəyişikliklərin mahiyyəti hələlik məlum deyil.
“Bəzi dairələr yarı-prezident idarəetmə formasına keçilməsində israr etsələr də, Nikol Paşinyan belə qərara gəlib ki, Ermənistanda parlament sistemi fəaliyyətini davam etdirməlidir”, – məqalədə vurğulanıb.
Qeyd edək ki, 2018-ci ilədək Ermənistanda Prezident üsul-idarəsi olub. Həmin il ölkədə Konstitusiya dəyişiklikləri üzrə referendum keçirilib və parlament idarəçilik sisteminə keçilib./Report/