Kıvanç Tatlıtuğ aldadıldı

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ aldadılıb.

Yenicag.az xəbər verir ki, aktyorun mühasibi onu 3.5 milyon TL (təxminən 1.4 milyon manat) ziyana salıb. Belə ki, keçmiş mühasib aktyorun ona verdiyi vergi pullarını ödəməyib. Bu səbəbdən aktyor məhkəməyə müraciət edib.

Faktla bağlı araşdırma başlanıb.