Kıvançdan koronavirus açıqlaması: “Məni müşahidə altına aldılar..” – FOTO

Aktyor Kıvanç Tatlıtuğ test nəticələrinin açıqladığını bildirib.

O qeyd edib ki, analizin cavabı mənfi çıxıb.

***

20:59

Koronavirus şübhəsi ilə xəstəxanaya gedən Kıvanç Tatlıtuğ açıqlama verib.

Yenicag.az xəbər verir ki, aktyor koronavirusdan qorunmaq üçün həyat yoldaşı Başak Dizerlə Kemerburqazda meşənin içində olan evlərinə köçüb. O, ötən axşam özünü pis hiss etdiyi üçün xəstəxanaya gedib.

Kıvanç Tatlıtuğun koronavirusdan şübhələndiyi iddia edilib.

Çıxan xəbərlər səbəbindən aktyor sosial media hesabından açıqlama verib:

“Hamıya salam. 15 gündür yoldaşım ilə evimizdəydik. Ancaq bəzi sağlıq şikayətlərim olduğu üçün məni xəstəxanada müşahidə altına aldılar. Xahiş edirəm narahat olmayın. Mən yaxşıyam və test nəticələrimi gözləyirəm. Məlumat verəcəyəm.. Sağlıqla qalın.”

Natavan Abbaslı