Kıvançın yataq otağındakı səhnəsi ölkəni qarışdırdı – VİDEO/FOTOLAR

Tamaşaçılar “Ailə” serialının son bölümündəki müəyyən səhnələrə sərt təpki göstəriblər.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş rollarını Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun oynadığı “Ailə” serialındakı səhnəsi geniş müzakirə predmetinə çevrilib.

Tamaşaçılar serialda Aslan obrazını canlandıran Kıvanç Tatlıtuğun yataq otağında Devinin qarşısında yarıçılpaq dayandığı səhnəyə görə Türkiyə Radio-Televiziya Üst Qurumuna (RTÜK) səsləniblər.

Onların həmin səhnədə bir-birinə dediyi “yuxarı bax” ifadəsi birmənalı qarşılanmayıb. Bəzi izləyicilər “bu nə səhnədir”, “Kıvanç bu səhnəni necə oynaya bildin” kimi şərhlər yazıblar.

COP29