!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİVDF-nin yazı müsabiqəsinin qalibləri bəlli oldu

!Reklam – Yazi

kivdfAzərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Yeniçağ.Az xəbər verir ki, mərasimdə çıxış edən KİVDF-nin sədri Vüqar Səfərli 2016-cı ildə rəhbərlik etdiyi qurum tərəfindən 10 müsabiqə keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, bu müsabiqələrdən 3-ü Fond tərəfindən, 7-si isə Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, o cümlədən, “Azərsu” və “Azərişıq”la birgə təşkil olunub. V. Səfərli məlumat verib ki, KİVDF-nin il ərzində keçirdiyi müsabiqələrə ümumilikdə 806 jurnalist yazı təqdim edib. Onlardan 445-i qalib adını qazanıb. Fond rəhbəri əlavə edib ki, bu il müsabiqədə qalib gəlmiş jurnalistlərin yazılarının daxil edildiyi kitabın II cildi işıq üzü görüb. Mərasimin sonunda qalib jurnalistlərə diplomlar təqdim olunub.

Qeyd edək ki, KİVDF-nin yazı müsabiqəsinin qalibləri sırasında Yeniçağ.Az-ın əməkdaşı Araz Zeynalov da var.

Yeniçağ.Az

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv