Kiyev atəşə tutuldu – 10 yaralı

 

Martın 21-nə keçən gecə Rusiya ordusu Ukraynanın Kiyev vilayətini raket atəşinə tutub.

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, paytaxt Kiyevin 3 bölgəsində yanğın qeydə alınıb.

Kiyevin meri Vitaliy Kliçkonun sözlərinə görə, atəş nəticəsində 10 nəfər xəsarət alıb.