“Kiyev hər an sülh istəməlidir” – Tramp

Amerika lideri Ukrayna problemi və Rusiya ilə münasibətlərlə bağlı bir sıra açıqlamalar verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Kiyev “hər an” sülh istəməlidir. O, Kiyevlə faydalı qazıntıların çıxarılmasına dair müqavilənin mümkün uzadılması ilə bağlı suala belə cavab verib:

“Düşünürəm ki, onlar faydalı qazıntılar haqqında sazişi imzalayacaqlar, lakin mən ilk növbədə onların hazırda həqiqətən sülh istəmələrini istəyirəm. Onlar bunu hələ kifayət qədər göstərməyiblər, amma düşünürəm ki, yaxın iki-üç gündə bu daha aydın olacaq”, – Tramp brifinqdə deyib.

Prezident həmçinin qeyd edib ki, onun fikrincə, “nə Ukraynanın, nə də Rusiyanın kozırları yoxdur” və döyüşlər tez bir zamanda dayandırılmalıdır.