Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili paytaxt Kiyevə səfər etməyə hazırlaşdığını bəyan edib.
Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, o, Kiyevə sentyabrın 19-da gedəcəyini açıqlayıb. Çernovtsı şəhərində tərəfdarları qarşısında çıxış edən siyasətçi Ukraynanın daha bir neçə şəhərinə səfər edəcəyini və insanlarla görüşəcəyini bildirib: “Sentyabrın 19-da da Kiyevdə olmaq istəyirəm. Həmin gün Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”.
Qeyd edək ki, sentyabrın 10-da yenidən Ukraynaya qayıdan Saakaşvili barəsində Cinayət Məcəlləsinin 332-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.