Kiyev vilayəti gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib.
“PUA-ların hədəfi vurması faktları qeydə alınmayıb. Eyni zamanda, Kiyev vilayətinin iki rayonunda PUA qalıqlarının düşməsi nəticəsində üç fərdi yaşayış evinə ziyan dəyib. O cümlədən, evlərdən birində yanğın baş verib. Binanın döşəmə və divarlarına ziyan dəyib. Yanğın dərhal söndürülüb. Digər iki evdə – dam örtüyünə, fasada, pəncərələrə cüzi ziyan dəyib”, – deyə bildirilib.
Kravçenkonun sözlərinə görə, hücum nəticəsində bir nəfər ayağından yaralanıb, ona tibbi yardım göstərilib.