Kiyevdə ƏRZAQ DÜKANLARI tədricən açılır

Ukraynanın paytaxtı Kiyevdə gündəlik tələbat malları mağazaları fevralın 28-dən açılmağa başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kiyev şəhər dövlət administrasiyası sədrinin birnci müavini Nikolay Povoroznik məlumat verib.

Onun sözlərinə görə, mağazalar tədricən açılacaq: “Biz sakinlərə dükanlara getməyə imkan yaradacağıq. Ötən iki gündə bütün mağazalar bağlı idi. Bu gün dükanlara mallar gətilir. Mən orada müxtəlif çeşidli malların olacağını vəd etmirəm. Ancaq siz vacib məhsulları oradan ala bilərsiniz”.

Bildirilib ki, fevların 28-də Kiyevdə ərzaq dükanları və kommunal nəqliyyat işləyəcək.

COP29