Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilir.
Yeniçağ.Az xəbər verir ki, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.
Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.
Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.
Yeniçağ.Az