Kiyevdə hava həyəcanı elan edildi

Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı edilib. 

Yenicag.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının “Telegram”  kanalında məlumat verilib.

“Kiyevdə hava həyəcanı elan edilib”, – məlumatda deyilir.

Sakinlərdən təcili olaraq mülki müdafiə sığınacağına getmələri xahiş olunub.

Bundan əvvəl Ukraynanın Odessa və Nikolayev vilayətlərində, eləcə də Xerson vilayətinin Ukrayna hakimiyyətinin nəzarətində olan hissəsində hava hücumu xəbərdarlığı edilib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (GSChS) məlumatına görə, ölkənin 10-a yaxın kritik infrastruktur obyekti Rusiya Silahlı Qüvvələri tərəfindən vurulub. O cümlədən 18 yaşayış binasına ziyan dəydiyi qeyd edilir.