Kiyevdə İkinci Dünya Müharibəsindən qalmış sursat anbarı aşkarlandı – FOTO

Ukraynanın paytaxtı Kiyevdə İkinci Dünya Müharibəsindən qalmış döyüş sursatı anbarı aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko özünün “Facebook”dakı səhifəsində yazıb.

O, bildirib ki, paytaxtın “Şulyavskoqo” keçidinin yanında İkinci Dünya Müharibəsindən qalmış anbar tapılıb.

Merin sözlərinə görə, anbarda təxminən 100 ədəd mərmi olub və məhv edilməsi üçün hamısı poliqona aparılıb.