Kiyevdə kütləvi zəhərlənmə – Şaurma 83 nəfəri xəstəxanalıq etdi

Kiyevdə şaurmadan zəhərlənənlərin sayı artıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda zəhrələnənlərin 83 nəfərə çatdığı bildirilib.

Zəhərlənənlərdən 12-si uşaqdır.

Zəhərlənməyə səbəb olan obyektlərdə yoxlama zamanı heç bir lazımi sənədlərin olmadığı məlum olub.

Hazırda həmin obyektlər bağlanılıb.

COP29