Kiyevdə partlayışlar – Əhaliyə xəbərdarlıq edildi

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinin müxtəlif bölgələrində partlayışlar baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko sosial şəbəkə hesabından məlumat paylaşıb.

Vətəndaşlara sığınacaqları tərk etməmələri barədə xəbərdarlıq edən Kliçko şəhərin Desyanskiy, Dniprovski və Qoloseyevski rayonlarında partlayışlar olduğunu bildirib.

Kliçko Rusiya ordusu tərəfindən Kiyevə hücumların davam etdiyini qeyd edib.