Reklam: High Technic
hightechnic

Kiyevdə Rusiyanın sabiq deputatını öldürən şəxs xəstəxanada keçinib

Kiyevin mərkəzində Rusiyanın sabiq deputatı Denis Voronenkovu qətlə yetirən şəxs aldığı güllə yaralarından xəstəxanada keçinib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, deputatın cangüdəni hücum zamanı yaralansa da, cavab atəşi ilə qatili sinəsindən və başından ağır yaralaya bilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hücum edəm şəxsin Ukrayna vətəndaşı olduğu müəyyənləşdirilib. 1988-ci il təvəllüdlü olan bu şəxsin barəsində saxta sahibkarlıq və cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması maddələri üzrə axtarış elan edildiyi bildirilir.

Öldürülən eks-deputat müxtəlif ittihamlarla axtarışa verilib, sonradan onun ailəsi ilə birgə Ukraynaya köçdüyü məlum olub. Voronenkov Rusiya hakimiyyətinə qarşı sərt mövqedə olub.

Yeniçağ.Az

www.yenicag.az

91