!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü keçirilib

!Reklam – Yazi

Bu gün Kiyevin mərkəzində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb.

Yenicag.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları Ukrayna prezidenti Petro Poroşenkonun impiçmenti haqqında qanunun qəbul olunmasını tələb ediblər.

Daha sonra Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

Saakaşvili öz tərəfdarlarını sarayı tərk etməyə və Azadlıq meydanına qayıtmağa çağırıb.

Saakaşvili hüquq-mühafizə orqanlarının sarayın daxilində konsert keçirildiyini bildirdiyini söyləyib.

M. Saakaşvili günahsız insanların zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa çağırıb.

www.yenicag.az

1904
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv