Kiyevdə yenidən komendant saatı tətbiq edildi

Pasxa gecəsi bütün Ukrayna ərazisində komendant saatı tətbiq ediləcək.  

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko bildirib.

“Bu gün saat 19.00-dan (Bakı vaxtı ilə 20:00) aprelin 24-ü səhər saat 05:00-ra (Bakı vaxtı ilə 06:00) qədər təhlükəsizliyimiz üçün evdə qalırıq”, – deyə Kirill Timoşenko öz “Telegram” kanalında videomüraciətində bildirib.